ETSN Azərbaycan Ordusuna yardım etdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

ETSN-dən verilən məlumata görə, nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.