Ru
23:04 / 18 May 2019

“Eurovision 2019”un final mərhələsi başlayıb - Canlı yayım

3680

 

İsrailin
Təl-Əviv şəhərinin Sərgi Mərkəzində "Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin
final mərhələsi başlayıb.   BakuPost.az-ın
məlumatına görə, "Dare to Dream" ("Arzulamağa cürət et")
şüarı altında təşkil olunan müsabiqədə ölkəmizi təmsil edən Çingiz Mustafayev
"Truth” mahnısı ilə birincilik uğrunda mübarizə aparır.  

Yarışmada
ümumilikdə 42 ölkə iştirak edib ki, onların da iyirmisi finala çıxıb. İkinci
yarımfinalda təmsilçimiz Çingiz Mustafayev "Truth” mahnısı ilə 18-ci nömrə
altında səhnəyə çıxıb və finala vəsiqə qazanıb.   Çingiz
Mustafayevlə yanaşı, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya,
Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland,
Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də
birincilik uğrunda mübarizə aparır.

 

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər