Ru
18:10 / 17 May 2019

əri ilə dalaşıb evdən qaçan hamilə qadını maşına basıb... Azərbaycanda İYRƏNC ƏMƏL:

6673



 

Saatlıda hamilə qadını zorlamaqda təqsirləndirilən Amid Ağamalıyevin məhkəməsi keçirilib.

 

Bakupost.az-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində Saatlı rayonun Şirinbəy kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Nigarı (ad şərtidir) görüb. Nigar həmin gecə əri ilə dalaşıb evdən qaçıbmış. Amid Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb.

 

O, avtomobilini Nigarın yanına sürərək onu maşına mindirmək istəyib. 

 

Nigar onun təklifini rədd etsə də, A. Ağamalıyev qadından əl çəkməyib.

 

O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.

 

Qadın ərinin kim olduğunu deyərək, A. Ağamalıyevə xəbərdarlıq edib və yalvararaq ondan əl çəkməsini xahiş edib. Nigar həmçinin təqsirləndirilən şəxsə hamilə olduğunu bildirib. 

 

Lakin A. Ağamalıyev qadının dediklərənə məhəl qoymaraq avtomobili çöllük əraziyə sürüb. 

 

Çöllükdə təqsirləndirilən şəxs avtomobildən düşərək qadını üzü-üstə yıxaraq zorlayıb. 

 

Təqsirləndirilən şəxsə etdiyi əmələ görə Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham verilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Ağamalıyev 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Şərhlər
  • Ananim

    Amma bir xeberide size verimki bilesiz o gelinin qaynatasi o kentde cox mindar oyundan cixmisdir men bakida yasayiram amma esidirdim cox qadinlara satasmisdir onun o sirtiq hereketlerinegora birayle kentden kocub getdi

  • Ananim

    Men hemin sozu geden kentdenem olar iki qardas iki bacidilar atalari olar korpe olanda oldu analarida olar yeniyetme olanda oldu cox merifetli usaqlardi basi asaqa hec inana bilmirem onun o hereketine vallah

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər