Ru
12:22 / 24 May 2019

Evlənmək istədiyi qızı qaçırdı, ömrü həbsdə keçəcək - 3 DOSTUN FACİƏSİ

1375
 

Ağcabədidə 17 yaşlı qızı evlənmək məqsədilə qaçıran Müqəddəs Qəhrəmanov və onun dostları Təhmasib Həsənov, Rahib Həsənovun məhkəməsi yekunlaşıb.


Bakupost.az xəbər verir ki, ittihama görə, Müqəddəs Qəhrəmanov həmkəndliləri Təhmasib Həsənov və Rahib Həsənovla əlbir olaraq 2002-ci il təvəllüdlü L. M.-in evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəliblər.

 

Onlar kənddə yerləşən bulaqdan evlərinə su gətirən qıza yaxınlaşaraq onu zorla avtomobilə mindiriblər. Dostlar 17 yaşlı qızı oğurlayıb Ağcabədi şəhərinə aparıblar.


Qızın valideynlərin məsələdən xəbərdar olmasından sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.


Əməliyyat tədbirləri nəticəsində qızın saxlandığı mənzil aşkarlanıb, Müqəddəs Qəhrəmanov saxlanılıb. Onun üzərində bıçaq və beşbarmaq tapılıb.


Daha sonra cinayətin digər iki iştirakçısı saxlanılıb.


Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu)  və228-ci (soyuq silah saxlama) maddəsi ilə ittiham verilib. 


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Qəhrəmanov 10 il 3 ay, T. Həsənov və R. Həsənov 5 il azadlıqdan məhrum edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər