Ru
14:55 / 23 Sentyabr 2020

Evlər buna görə başımıza uçur... – Nazirlik araşdırmalara başladı - VİDEO/ Yenilənib

22329
Tikintidə vaxtı keçmiş sementdən istifadə edilir.

"BakuPost" xəbər verir ki, "Qaradağ Ez" adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Saytımıza göndərilən fotolardan da bu aydın görünür. Şirkətdən isə əsaslandırıblar ki, onlara standartlaşdırma idarəsindən belə deyilib: "Qobustanda bizə şəhadətnamə verilir. O şəhadətnamənin üzərində nə varsa, onu da kisələrin üzünə vururuq".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dəfələrlə həm regionlarda, həm də Bakıda saxta sementlə tikildiyinə görə uçub-dağılan evlər görüb:
“Sementin saxlama müddəti 1 ildir. Bu da kisələrin üzərinə yazılmalıdır. Sement məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Qanunla sertifikatlaşdırılmamış bu cür sementlərin satışı, istehsalı, reklamı qadağandır. Lakin əmtəə bazarında saxta sementlər çoxdur. Bunlara nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Onlar demək olar ki, heç bir iş görmürlər. Əhalini yalnız məhkəmələrə göndərməklə məşğuldurlar. Sement istehsalçıları mütləq onun təhlükəsiz olmasını təmin etməlidir. Çox qorxulu məsələdir. Çünki sementdən beton da hazırlanır. Binaların, evlərin tikintisində geniş istifadə olunur. Elə təkcə bu məqam təhlükənin nə qədər böyük olduğundan xəbər verir".

“BakuPost”un əldə etdiyi məlumata görə, "Qaradağ Ez" şirkətinin istehsal etdiyi sementdən dövlət səviyyəli obyektlərin, körpülərin tikintisində, yolların salınmasında da geniş istifadə olunur.

***
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “BakuPost” saytının sorğusuna cavab olaraq bildirib:
Qaradağ EZ” sementlərinin markalanması barədə 23.09.2020-ci il tarixində “BakuPost” saytında yayımlanmış məlumata Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır.
Bildiririk ki, eyni məsələ ilə əlaqədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaş müraciəti də daxil olmuşdur. Bununla əlaqədar Dövlət xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılmışdır.

***
Məlumat üçün bildirək ki, mövzu ilə bağlı bloger Ata Abdullayev də video material hazırlayıb.

Həmin videonu təqdim edirik:

Aygün Nəbiyeva

Evlər buna görə başımıza uçur...  – Nazirlik araşdırmalara başladı - VİDEO/ Yenilənib
Evlər buna görə başımıza uçur...  – Nazirlik araşdırmalara başladı - VİDEO/ Yenilənib
Evlər buna görə başımıza uçur...  – Nazirlik araşdırmalara başladı - VİDEO/ Yenilənib
Evlər buna görə başımıza uçur...  – Nazirlik araşdırmalara başladı - VİDEO/ Yenilənib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər