11:17 / 14 Sentyabr 2021

Əxlaqsızlıq yuvasından nisyə dəftəri tapıldı

3402
Polis əxlaqsızlıq yuvasında araşdırma apararkən maraqlı "tapıntı" aşkarlanıb.

Bakupost.az xəbər verir ki, Kahramanmaraşda (Türkiyə) pilotsuz uçuş aparatlarının köməyi ilə əxlaqsız qadınlara qarşı keçirilən irimiqyaslı əməliyyatda 29 nəfər nəzarətə alınıb.

Əməliyyatda 6 qadın nəzarətə alınıb. Polisin 4 aya yaxın davam edən planlı işləri nəticəsində baş tutan əməliyyat zamanı çoxsaylı cib telefonu, kompüter, qoruyucu vasitələr və s. məhsullar ələ keçirilib. Bir masaj salonunda aparılan axtarışlar zamanı isə müştərilərin borc dəftəri diqqət çəkib. Belə ki, borc kitabında müştərilərə 200-300 lirə borc yazdıqları bəlli olub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər