12:28 / 23 Noyabr 2021

Eldar Əzizov idarə rəisini işdən çıxardı - Yeni TƏYİNAT

2007
Elşad Səfərov Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi MMC-yə rəis təyin olunub.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

E. Əzizovun müvafiq əmri ilə Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Əzizova

    İdarəyə bir bax!"Yeraltı keçidlər üzrə Ticarət birliyi MMC"! Məgəryeraltı keçidlər ticarət üçün tikilir,yoxsa əhalinin sərbəst və təhlükəsiz keçidi üçün? Belə əcaib adlarla MMC yaratmaq,əhalinin keçid sahəsini məhdudlaşdırmaq.keçidləri sibilləmək Bakl merinin ağlına necə gəlib?bu ki, biabırçı ad və əməldir.Hələ bir müdir qoyur,işdən çıxarıb yenisini təyin edir!Bunun biabırçılıqdan başqa adı yoxdur!

  • Millət

    ƏKSİNƏ.YERALTI KEÇİDLƏRİ TİCARƏT KOŞKLƏRİNDƏN,ZİBİLLİKLƏRDƏN AZAD ETMƏK DAHA LAZIMLI İDİ.bU QURUMA HANSI EHTİYAC VAR Kİ?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər