Ru
13:16 / 27 İyun 2020

"Facebook" 1 gündə 7 milyard itirdi

4428
"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 7.2 milyard dollar itirib.

"BakuPost"un məlumatına görə, buna səbəb isə bəzi şirkətlərin sosial şəbəkənin platformalarında - "Facebook". "İnstagram" və "Twitter"də reklam yerləşdirməkdən imtina etmələridir.

Qeyd edək ki, "Coca-Cola", "Verizon", "Unilever" və başqaları artıq sosial şəbəkələrdə reklam yerləşdirmək niyyətlərinin olmadığını açıqlamışdılar. Bunu isə şəbəkə rəhbərliyinin irqçi mesajların silinməsinə kifayət qədər diqqət göstərməməsi ilə əsaslandırırdılar.

Məlumata görə, bu qərardan sonra Zukerberqin şəbəkəsi 8,3 faiz dəyər itirib. Nəticədə səhmlərin dəyəri 82,3 milyarda düşüb. Bunun sayəsində Fransız şirkəti LVMH (Louis Vuitton Moet Hennessy) başçısı Bernar Arno milyarderlər sırasındakı ilk üçlükdə yerini alıb. Siyahıdakı ilk yerlərin sahibləri isə "Amazon" rəhbəri Ceff Bezos və "Microsoft"un qurucusu Bill Qeytsdir.

ABŞ-da irqçiliklə bağlı kütləvi aksiyalar ötən ay Corc Floyd adlı zəncinin polis tərəfindən saxlanılması və öldürülməsindən sonra başlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər