Ru
10:17 / 14 Noyabr 2025

Faciəvi şəkildə ölən jurnalist sabiq məmurun oğlu imiş – FOTO

Faciəvi şəkildə ölən jurnalist sabiq məmurun oğlu imiş – FOTO
Eye

Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin sabiq müdiri Rəşid İbrahimovun oğlu imiş.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclis rəhbərliyi və deputatlar R.İbrahimova övladının vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Qeyd edək ki, Rəşid İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə çalışıb və bir neçə il əvvəl təqaüdə çıxıb.

Emin İbrahimov “Euronews” telekanalının əməkdaşı kimi çoxsaylı reportajlar hazırlayıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar