11:38 / 14 Sentyabr 2021

Faktiki hava: Gədəbəyə dolu düşüb

401
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a bildirilib ki, sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər