Ru
13:35 / 03 May 2021

Fatehin mətbuata “divanı” - O, hansı haqla jurnalistləri danlayır?

4404

Ceyhun Musaoğlu


İctimai Televiyazının radiosunda səhər saatları dinləyicilərin könlünü oxşamağı bacaran "Manpası" adlı veiliş yayımlanır. Dinləyənlərdənəm. Aparıcılar Fateh və Rəvanın sadə mövzuları seçmək bacarığı, sərbəstlikləri, düşündükləri kimi danışmaqları, bilik bazalarının kasad olmaması xoş təsir bağışlayır.


Bu gün - mayın 3-də Fatehin Azərbaycan mətbuatına irad bildirməsi və səsləndirdiyi təhqirəbənzər tənqidi fikirlər xoşagələn təsir bağışlamadı.

Fateh mətbuatdakı yazılanların başlıqlarını biabırlıq adlandıraraq, bildirdi ki, bu gün lap pik hədd yaşanıb. Onu hövsələdən çıxardan sərlöhvənin isə "Xəstəlikdən vəfat edən nazirlər" olduğunu söylədi. Ardından "heç utanmırlar", xəcalət çəkmirlər" ifadələrini də səsləndirmək sərbəstliyini nümayiş etdirdi. (Radioları ötəri dinləyirəm, ola bilsin təhqir xarakterli ifadələri dəqiliyi ilə yazmaram, ama aşağılayıcı sözlər olduğuna əminəm - C.M).

Hörmətli Fateh bəy niyə belə qənaətə düşdüyünü demədi. Jurnalist deyil, ona görə. Jurnalist hər kəlməsini əsaslandırsın gərək. Hədəfə çevrilən sərlöhvəyə gəldikdə isə Jurnalist Ekspert Mərkəzinin sədri olduğumdan fikir bildirmək haqqım və borcumdur. "Xəstəlikdən vəfat edən nazirlər" başlığı əla başlıqdır. Burada oxucunun diqqətini çəkən ciddi məqamlar var. Əsas məqsəd də jurnalistikann prinsiplərinə sadiq qalaraq oxucunu yazını açmağa sövq etməkdir. Bir də əlbəttə marrifləndirmə. Buyur qardaşım, həmin məqamları diqqətinə çatdırım:

1. Hansı nazirlərin hansı xəstəlikdən əziyyət çəkdiyini biləcək;

2. Nazir də xəstələnirsə və onun kapitalı ilahi hökmü bir damcı da dəyişə bilmirsə, deməli, var-dövlət bəşəri dəyər deyilmiş qənaəti formalaşacaq. Bu, insana təlqin olunası vacib qənaətdir.

3. Azərbaycanda adətən yüksək vəzifəli şəxslər ağır xəstəliyə tutulurar. Oxucu düşünəcək, görəsən səbəb nədir? Bu suala da çoxlu cavablar var: əsəb, stress, qanundan kənar əməllərin həyacanı...

Razılaşaq, hədəf başlıq əla seçilib. Mətbuatın günahkar uşaq kimi hər gəlib gedənin tənəsinə tuş gəlməsi acı reallıqdır. Bizi 20 il yaxın idarə edən mətbuat siyasətinin dirijorluğuna köklənməyimiz ifamızdakı anlaşılmazlığın oxucuda başağrısı tapmasına rəvac verib.

Mediann İnkişafı Agentliyi bizi bu auradan çıxarmasa, küncə qoyulan uşaqlar kimi hər səsə diksinəcyik. Diksinmək ağır xəstəliklərin açarıdır.

Yox Fateh bəy, narahat olma, iradından diksinmədim. Ağıllı adamların sözləri məlhəm kimidir, sadəcə hər dərmanı da həkim təyinatı olmadan qəbul etməzlər. Jurnalistika mövzusunda həkim daha çox bizik, uzman da deyə bilərsən.

Ona görə də inan, "Xəstəlikdən vəfat edən nazirlər" başlığı əla başlıqdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər