Ru
15:50 / 08 Mart 2021

DİN-dən feministlərin aksiyası ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - FOTO-VİDEO

2406

Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib.


Bakupost.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.


Əlavə edilib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.


***


Bakının mərkəzində, Nizami küçəsində feministlər "8 Marş" adlı aksiya keçirməyə çalışıblar.


Bakupost.az xəbər verir ki, qadın hüquqlarının pozulmasına etiraz edən feministlər “Eşit, gəlirik!” şüarı ilə yürüş ediblər. Aksiayada “Qadın qətilləri siyasidir” kimi şüarları səsləndirilib, onların hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb.

Qeyd edək ki, aksiya razılaşdırılmadığından polis etirazçıların Fəvvarələr meydanında toplanmasının qarşısını almağa çalışıb.

Həmin görüntüləri təqdim edirik:





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər