Ru
11:43 / 17 Yanvar 2021

“Fenerbahçe” Məsul Özili transfer etdi

1972
İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsud Özili transfer edib.

"BakuPost" xəbər verir ki, futbolçu ilə 3,5 illik razılaşma əldə edilib.

Xatırladaq ki, Məsud Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” klublarında çıxış edib.

Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətində yer alıb. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər