Ru
05:50 / 06 Oktyabr 2021

Feysbukda nasazlıq zamanı teleqram 70 milyon yeni istifadəçi qazanıb

3784
Feysbukda irimiqyaslı nasazlıq fonunda teleqram sosial şəbəkəsində bir gün ərzində 70 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə teleqramın yaradıcısı Pavel Durov bildirib.

Durovun sözlərinə görə, teleqramda günlük istifadəçi artımı nisbəti orta standartı keçib və sosial platforma bir gündə digər platformalardan 70 milyondan çox istifadəçini qəbul edib.

Qeyd edək ki, iki gün əvvəl feysbuk, instaqram, vatsap, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb. Yeddi saata qədər davam edən nasazlıq vaxtı sosial şəbəkə istifadəçilərinin əksəriyyəti teleqrama üz tutub.

70 milyondan çox yeni istifadəçinin girişinə baxmayaraq, sosial şəbəkənin işində fasilə yaranmayıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər