Ru
00:38 / 24 Aprel 2019

FHN bina sahiblərinə 5 ay vaxt verdi - VİDEO

2054
İçərisində yaşayış olsa belə,
istismarına rəsmi icazə verilməyən çoxmərtəbəli binalara prosesi yekunlaşdırmaq
üçün 5 ay vaxt verilib.

 

BakuPost.az xəbər verir ki, bunu "Xəzər xəbər"ə
açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
  Elxan Əsədov sahibləri ölən və ya həbsdə
olan binalarda isə istismara verilmə prosesinin yerli icra qurumlarına həvalə
edildiyini deyib:
"Bakı şəhərində tikintisi başa çatan və
içərisində yaşayış olmasına baxmayaraq, istismara qəbul aktı verilməmiş 434
bina var. Dövlət başçısının fərmanına əsasən bu cür binaların istismara
qəbulunu sürətləndirmək məqsədilə görülən işlər çərçivəsində indiyədək cəmi 26
binaya istismar aktı verilib. Buna səbəb isə tikinti şirkətlərinin prosesə o
qədər də maraq göstərməməsidir”.

 

 
Elxan Əsədov dövlət başçısının fərmanına
əsasən Agentlikdə qərargah yaradıldığını və bina sahiblərinin bu mərkəzə
müraciət etməklə işlərini daha da sürətləndirə biləcəklərini deyib. Agentliyin
rəsmisi onu da bildirib ki, binaların sahiblərinə obyektləri təhvil vermələri
üçün 5 ay vaxt verilib.
Agentliyin rəis müavini sahiblərinin
binanın vəziyyətini dəyişdirmək iqtidarında olmadığı halda, həmin binaların
gələcək taleyinin necə olacağına da aydınlıq gətirib.

 

 

Agentliyin rəis müavini bildirib ki,
binalarda mövcud olan problemlər müxtəlifdir. Elə binalar var ki, onlarda olan
qüsurları aradan qaldırmaq üçün 10 gün, eləsi də var ki, 2-3 ay vaxt lazımdır.
Buna görə də bina sahibləri işləri elə qurmalıdırlar ki, fərmanın tətbiq
müddəti başa çatanadək sürətləndirmə prosedurlarından yararlana bilsinlər.

 

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər