Ru
01:08 / 20 Sentyabr 2020

FHN Qubadakı yanğınlarla bağlı məlumat yaydı

10633
Sentyabrın 19-da günün müxtəlif saatlarında Quba rayonunun Dəlləkli kəndində ayrı-ayrı vətəndaşlara məxsus ərazidə yanğın hadisələri baş verib.

"BakuPost" FHN-ə istinadən xəbər verir ki, yanğınlar zamanı ümumi sahəsi 75 m² olan tövlənin damına yığılmış 15 ton ot bağlamasının 2,5 tonu, ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış 15 ton ot bağlamasının 5 tonu və ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər