FHN xəstəxanasında çalışanlar etiraz aksiyası keçirir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasında çalışmış tibbi heyət əmək haqqının verilməməsinə görə etiraz aksiyası keçirirlər.

Bakupost.az xəbər verir ki, şikayətçilər onlara çatacaq məvacibin kəsildiyini bildirirlər.

Qeyd olunur ki, 500-dən artıq tibbi heyət 8 saatlıq rejimdə hər gün işləyib: “1 saat fasiləmiz var idi, onu da heç doğru-dürüst fasilə etmirdik. Dayanmadan işləmişik. İndi də haqqımızı tələb edirik. Bizi işlədənlərin indi heç biri ortaya çıxmır. Birbaşa bizə çatacaq məvacibi kəsiblər. Soruşanda da deyirlər, xoşundu budur, xoşun deyil, get, hara istəyirsən şikayət et”.

Bundan başqa, onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyirlər: "Bizə deyirlər ki, gətirin geyimlərinizi və "back"lərinizi təhvil verin. Nəyə görə təhvil verməliyik? Bəyəm, çalışdığımız günlərin əməkhaqqısı ödənilib?"