Ru
13:40 / 30 Oktyabr 2019

Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri oldu

2301

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

BakuPost xəbər verir ki, əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər