Ru
16:29 / 01 Avqust 2021

Flora xanımı söyənlər... İyrənc mənzərədir

3300
Flora xanımdan illərdir "siyasi ikona" düzəldənlər indi onu söyməyə başladılar.

Flora xanımın sənətindən illərdir ləzzət alanlar bu gün də onun sənətinə qiymət verirlər.

Bəziləri 80 yaşlı xanımdan zorla inqilabçı düzəltməyə çalışır - iyrənc olduğu qədər də gülməli mənzərədir. Sanki inqilab olurmuş da, Flora xanım qoymurmuş, ya da sanki son ümidləri Flora xanım imiş, o da bunların son ümidlərini öldürübmüş.

Məsələlərə prinsipial baxsalar dərd yarı olardı, deyərdilər ki, SSRİ-dən qalmış mənasız fəxri adlar ləğv edilsin, dövlət mədəniyyəti rahat buraxsın, incəsənətdə azadlıqlar artsın - bu olardı ideoloji yanaşma, prinsiplərin elanı. Amma bugünkü görüntü əttökəndi. Nə gözləyirdiz ki, Flora xanımdan?! Çıxıb, "rədd olsun mənfur rejim", deməli idi?! Və ya hamını mitinqlərə, etirazlara çağırmalı idi?! Adam 25 il efirlərdən məhrum olanda, TV-lərə buraxılmayanda, maddi təminatdan kənarda qalanda bu gün onu söyənlərin hansı biri ona sahib çıxıb, maddi dəstək göstərib?!

Siyasəti şou-biznesə çevirənlər hələ də sənət əhlindən inqilab gözləyirlər. Yazıqlar olsun...

Natiq Cəfərli, iqtisadçı ekspert
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər