Ru
18:13 / 24 Aprel 2019

Formula-1 günlərində hava necə olacaq? - PROQNOZ

2054
 

Bakıda "Formula-1" yarışlarının keçiriləcəyi günlərdə havanın necə keçəcəyi barədə proqnoz açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakupost.az-a verilən məlumata görə, aprelin 26-da

Havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.

 

Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.

 

Aprelin 28-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər