Ru
14:52 / 26 Aprel 2019

Bakıda kanalizasiya qapağı belə açıldı - FORMULA PİLOTUNUN QƏZA VİDEOSU

4365

 

"Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.


ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.


Belə ki, "Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. 


Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb. 


Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər