Ru
21:30 / 16 Noyabr 2021

“Fortis Academy”də qazilərlə görüş oldu - Şagirddən vətənpərvər ifa - VİDEO

3557
“Fortis Academy” tədris mərkəzində qazilərlə görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə qazilərin qəhrəmanlıqları barədə danışılıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi ədaləti bərpa etməsindən söz açılıb. Bildirilib ki, yüksək əzm, döyüş ruhu, xalqımızın ölkə başçısı və ordu ətrafında sıx birləşməsi nəticəsində torpaqlarımız düşmən tapdağından xilas edildi, 30 illik yurd həsrətinə son qoyuldu. 

Sonra qazilərimizin döyüş hekayələri dinlənilib. 

Görüşdə mərkəzin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 9-cu sinif şagirdi Nəzrin Nuraliyevanın dediyi Xalq şairi Zəlimxan Yaqubun “Azərbaycan” şeiri xüsusi diqqət çəkib.

Tədris mərkəzi şeirə öz emosiyalarını qataraq, yüksək səviyyədə səsləndirdiyi üçün N.Nuralıyevaya təşəkkür edib.


“Fortis Group”un İdarə Heyətinin sədri Elşad Bayramov deyib ki, Azərbaycanda təhsilin inkişafına dəstək vermək, burada təhsil alanların vətənpərvərlik ruhunu daha da yüksəltmək üçün işlər davam etdiriləcək.


Xırdalan şəhəri, H.Z.Tağıyev küç.13
+994 50 251 90 20 ;
Qaynar xətt: *0011
[email protected]
[email protected]


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər