FORTİS GROUP-dan Azərbaycan Ordusuna böyük məbləğdə DƏSTƏK!

Tikinti materialları istehsalçısı FORTİS GROUP şirkəti dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

"BakuPost" xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Xatırladaq ki, FORTİS GROUP şirkəti bu ilin Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ianə köçürmüşdü.

Eyni zamanda, FORTİS GROUP şirkəti əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub.

"Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bütün hərbçilərimizə uğurlar arzulayırıq!", - şirkətin yaydığı məlumatda bildirilir.