Ru
13:15 / 05 May 2021

“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi - FOTOLAR

4727
“Fortis Group” tərəfindən Vətənin ərazi bütövlüyü uğrunda gedən II Qarabağ müharibəsinin iştirakçısına yeni mənzil hədiyyə edilib.

Bakupost.az xəbər verir ki, Ağsu şəhəri, Ərəbmehdibəyli kənd sakini, Vətən müharibəsi iştirakçısı Əkbər Dəmirov və ailəsinə ev hədiyyə olunub. Dəmirovlar ailəsinin yaşadıqları ev yararsız halda olduğu üçün “Fortis Group” tərəfindən Ağsu şəhərində tam əşyalı, yeni ev ilə təmin ediliblər.

“Fortis Group”un İdarə Heyətinin sədri Elşad Bayramov sosial layihələrin davamlı olacağını bildirir və digər şirkətləri də sosial layihələrdə aktiv iştirak etməyə dəvət edir.

Qeyd edək ki, “Fortis Group” bundan əvvəl də bir çox sosial layihəni həyata keçirib. Ən böyük sosial layihələrindən biri olan “Fortis Academy”də “Təhsilin inşasına dəstək” devizi altında şəhid, qazi və sosial təminatı zəif olan ailələrin 9, 10 və 11-ci sinifdə oxuyan övladları üçün tam ödənişsiz abituriyent hazırlığı keçirilir. Hal-hazırda “Fortis Academy”də 180 nəfərə yaxın şagird təhsil alır.

“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
“Fortis Group” müharibə iştirakçısına mənzil hədiyyə etdi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər