Fransa Prezidenti Livana səfər edib

  • 07 Avq 2020 00:02
  • 1621 Baxış
Fransa Prezidenti Livana səfər edib


Fransa Prezidenti Emmanuel Makron Livana səfər edib.

Fransa liderini Livan Prezidenti Mişel Aoun qarşılayıb.

Emmanuel Makronun partlayış baş vermiş limanda xilasetmə işləri ilə məşğul olan Livan və Fransız xilasediciləri ilə görüşmək üçün birbaşa limana gedəcəyi gözlənir.

Gəlişindən qısa müddət sonra jurnalistlərə açıqlama verən Emmanuel Makron bildirib ki, səfərin məqsədi bu çətin vaxtda Livan xalqına dəstək və dostluq mesajı verməkdir.

"Livan siyasi və iqtisadi böhranla üzləşir və buna təcili reaksiya vermək tələb olunur", - deyə, o qeyd edib.

Fransa Prezidenti bildirib ki, yaxın günlərdə Livana daha çox yardım ayrılacaq. O, Livanın siyasi elitasını təcili islahatlar aparmağa çağırıb: "İslahatlar aparılmasa, Livan əziyyət çəkməyə davam edəcək".

Günün sonunda Makron Livan Baş naziri Hassan Diab da daxil olmaqla, bütün siyasi aktorlarla prezident sarayında görüş keçirəcək.

Fransa lideri Livanın müxtəlif siyasi fraksiyalarının və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşəcək.



X