Ru
23:42 / 28 Noyabr 2020

Fransada etiraz aksiyası: 37 polis xəsarət aldı VİDEO

1413

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları başlayıb. Etiraza səbəb “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinin qəbul edilməsidir.


Etirazçılar polis və jandarmaların foto və videoçəkilişlərinin aparılmasının qadağan edilməsi ilə bağlı olan sözügedən maddənin qəbul edilməsini KİV-in azadlığının məhdudlaşıdırılması kimi qiymətləndirirlər.


Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.


Nazir bildirib:


"Nümayişlər zamanı 37 polis əməkdaşı və jandarm yaralanıb. Mən bir daha hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zorakılığı qınayıram".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər