Ru
23:41 / 28 Mart 2020

Fransada koronavirusdan ölənlərin sayı 2300-ü keçdi

1700
Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.


Bildirilir ki, son sutka ərzində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

“Koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 xəstə var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər