Ru
22:03 / 05 Dekabr 2019

Fransadakı aksiyalarda 450 mindən çox insan iştirak edir

1368
Fransada keçirilən kütləvi etiraz aksiyalarında 450 min nəfərdən çox insan iştirak edir.

BakuPost-un "Report"a istinadən məlumatına görə, onların 250 min nəfəri paytaxt Parisdə keçirilən yürüşə toplaşıb.

Etiraz aksiyaları təqaüd sistemində həyata keçiriləcək islahatlara qarşı təşkil edilib. Aksiyalar zamanı bir sıra şəhərlərdə etirazçılarla polislər arasında toqquşmalar baş verib.

Ölkədə nəqliyyat vasitələrinin fəaliyyəti 10 faiz nisbətində olub, məktəblərdə dərslərin yalnız 40 faizi keçirilib. İşə çıxmayanlar arasında təhsil, tibb, nəqliyyat işçiləri və digər peşə sahibləri, istər ictimai, istərsə də özəl sektorda çalışanlar var. Gün ərzində paytaxtın əksər musey və tarixi abidələri, habelə Eyfel qülləsi, Orsey muzeyi, Zəfər Tağı bağlı olub.

Etiraz aksiyaları dekabrın 9-dək davam edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər