Ru
21:47 / 20 May 2019

Fuad Abbasov mayın 28-də deportasiya ediləcək - VƏKİL

2791
"Fuad
Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək".

 

BakuPost.az xəbər
verir ki, bunu "Report"un Rusiya bürosuna açıqlamasında onun vəkili
Elman Paşayev deyib.
  "Jurnalist
Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Mən indi onunla görüşdüm. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i
axşam saatlarında Azərbaycana deportasiya ediləcək".   Qeyd
edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və
fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki,
Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması
tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də
"Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası
ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb.
Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə
orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin
Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər