Ru
11:18 / 22 May 2019

“Fuad Abbasovdan şikayət edənləri hansı məmur himayə edirsə...” – İqbal Ağazadə HƏDƏF GÖSTƏRDİ

2149


 

"Rusiyada Fuad Abbasovdan şikayət edib, onu həbsdə atdıran azərbaycanlıları Azərbaycanda himayə edən məmurlar kimlərdisə, Diaspora Komitəsini və səfirliyi də səssiz qalmağa vadar edən həmin adamlardı”.

 

Bu sözləri Bakupost.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, Rusiyada həbs edilən və fiziki işgəncəyə məruz qalan azərbaycanlı jurnalistin məsələsi ilə bağlı Diaspor Komitəsinin və Azərbaycanın Rusiyadakı Səfirliyinin günlərdir niyə susqunluq nümayiş etdirdiyi barədə suala cavabında belə deyib. 

 

Partiya sədrinin sözlərinə görə, Rusiyada Fuad Abbasovdan şikayət edən azərbaycanlıların kimlər olduğunu və onları Bakıda himayət edən yüksək vəzifəli məmurların kimliyini araşdırmaq lazımdır: "Şikayət edən şəxsləri və onların himayəçisini araşdırıb öyrənsəniz, adını çəkdiyiniz qurumların da niyə günlərdir susduğunun səbəbi məlum olacaq”. 

 

Qeyd edək ki, F.Abbasovun həbs edilməsi və həbs zamanı işgəncəyə məruz qalması ilə bağlı nə Azərbaycanın Diaspor Komitəsi, nə də ölkəmizin Rusiyadakı Səfirliyindən reaksiya verilib.  Hər iki qurum günlərdir bu məsələ ilə bağlı susqunluq göstərir. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər