Ru
12:32 / 21 May 2019

– 10 min dollar maaş, zirehli maşın, cangüdən... (VİDEO) Fuad Abbasovu kim həbs etdirib?

3756

"Mənim
Rusiyaya geri qayıtmağımdan ən çox narahat edən, mənə qarşı baş verənləri
sifariş edən italyan vətəndaşı azərbaycanlı iş adamı Frank El Kapone - Füzuli Məmmədovdur”.


Bakupost.az-ın
məlumatına görə, bu sözləri Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həbsindən bir neçə gün əvvəl özünün feysbuk hesabında yaydığı videomüraciətdə deyib. 


O
bildirib ki, F.Məmmədovla heç bir düşmənliyi yoxdur: "Mən bundan əvvəl də
Füzuli bəyə müraciət etdim. Dedim, gəlin bu qarşıdurmanı dayandıraq,
bir-birimizi ləkələməyək, bir-birimizə qarşı yayımlanan bu videoları
dayandıraq. Yenə deyirəm, Füzuli bəy mənim düşmənim deyil, bir iş adamıdır. Və
verdiyi pulun qarşılığını istəyir. Hətta bir neçə ay əvvəl bizim Misra TV-yə hədiyyə
etdiyi planşeti dəfələrlə başıma vuraraq, deyib ki, mənə planşet alıb, onun
qarşılığını verim”.


F.Abbasov
deyib ki, Misra TV-yə bircə ədəd planşet bağışlamış olsa da, F.Məmmədov onun
barəsində saxta məlumatlar yayır, onun aylıq 10 min dollarlıq maaşını, ofis xərclərini
və digər texniki xərclərini özünün ödədiyini bildirir: "Mən ermənilər tərəfindən
təzyiqə məruz qalanda Füzuli Məmmədov mənə zirehli maşın və cangüdən təklif
etmişdi, lakin istəməmişdim, ancaq indi hər yerdə məni zirehli maşın və cangüdənlə
təmin etdiyini iddia edir. Bu yalanlar nə üçündür, Füzuli bəy? Mən başa düşürəm
ki, siz verdiyiniz pulun qarşılığında diaspor rəhbəri seçilmək istəyirsiniz.
Baxmayaraq ki, sizin təşkilatınızın heç bir hüquqi statusu yoxdur, özünüzü
Rusiyadakı azərbaycanlıların prezidenti kimi tanıdırsınız. 50-55 nəfəri
Rusiyaya gətirib yedirib-içirib, özünüzü azərbaycanlıların lideri kimi
aparırsınız”.


Jurnalistin
sözlərinə görə, "Azərros” rəhbəri Mehriban Sadıqovaya qarşı çıxmaq barədə tələbini
yerinə yetirmədiyi üçün F.Məmmədov onun barəsində kampaniya başladıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər