Ru
17:51 / 23 May 2019

Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

2240
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.

Komitəyə 7 nəfər daxildir.


Müdafiə komitəsində Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayevlə yanaşı, vəkil Azər Rəfiyev də təmsil olunur.


Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. (report)

 Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
 Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər