Ru
17:03 / 09 Sentyabr 2020

Fuad Axundov AzTV-də: “Əsrlər, nəsillər” - VİDEO

6820

Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq yeni layihələrdən biri “Əsrlər, nəsillər” verilişidir.

"BakuPost" xəbər verir ki, proqram tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək.

“Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.

Verilişdə tamaşaçılar Odlar diyarının qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.

Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə tək Bakıdakı deyil, Azərbaycandakı tarixi məkanlar və abidələr barədə söz açılacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər