Ru
20:21 / 20 Sentyabr 2019

Fuad Qəhrəmanlı istefa verdi

4451
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.


BakuPost-un
məlumatına görə, bu barədə Fuad Qəhrəmanlı özünün "Facebook" səhifəsində məlumat yazıb.


O, istefasının səbəbini ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi ilə əlaqələndirib:


"Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, əslində, biz o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram. Bütün bunlara baxmayaraq, mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək AXCP sədrinin müavini postundan istefa verirəm".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər