Ru
10:07 / 28 Sentyabr 2020

Futbol üzrə Ermənistan çempionatı dayandırdı

3267

Ermənistanda futbol üzrə ölkə çempionatı dayandırılıb.

Buna səbəb ölkədə hərbi vəziyyət və səfərbərliyin elan olunmasıdır.

Ermənistan Futbol Federasiyasının mətbuat xidməti Dağlıq Qarabağda baş verən hadisələrə görə çempionatın dayandırıldığını bəyan edib. Bildirilib ki, hərbi vəziyyətin sonuna qədər ölkədə heç bir futbol yarışı keçirilməyəcək.

Qeyd edək ki, avqustda start götürən Ermənistan çempionatında 5 tur olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər