Ru
22:58 / 22 Fevral 2020

Futbolçu yerindən çıxan diz qapağını yumruqlayaraq yerinə oturtdu - VİDEO

2936
Şotlandiyadakı Qadın Futbol Komandaları arasındakı oyun əsnasında kapitanlardan biri çıxan diz qapağını yumruğu ilə yerinə taxıb.

BakuPost.az xəbər verir ki, kapitan Jane O’Toole hərəkəti ilə hər kəsi heyran edib.

Belə ki, komandası 6-0 məğlub olan kapitan sərt addım ataraq, diz qapağına ciddi zərər verib. Nəticədə kapitanın diz qapağı yerindən çıxıb. Jane O’Toole özünü itirmədən yumruqları ilə diz qapağını yerinə oturtmağı bacarıb.

Ağrısı üzündən oxunan təcrübəli futbolçu həkimlərin müdaxiləsindən sonra 90 dəqiqəlik oyunu başa vurub.

Həmin görüntüləri təqdim edirik:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər