Ru
12:02 / 09 Dekabr 2019

Futbolçunun bacısı intihar etməyib? - Atası açıqladı

10372
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Qırtımova Sevinc İlham qızı intihar edib. Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır. S. Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır.

BakuPost-un məlumatına görə, İlham Qırtımov unikal.org-a açıqlamasında bildirib ki, qızı intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib:


“Sevinc Yasamalda oğlum ilə ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb.(ağlayır)”.

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər