18:26 / 24 Oktyabr 2021

Füzulidə ilk rəsmi qarşılama Ərdoğan üçün təşkil olunacaq

2900
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Bakupost.az xəbər verir ki, Prezidentin səfəri bir günlük olacaq.

O, Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılacaq. Ərdoğanı Prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq.

Hava limanında ilk rəsmi qarşılama mərasimi Ərdoğan üçün təşkil olunacaq.

Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu Ərdoğanın qatılacağı mərasimlə xidmətə açılacaq.

Ərdoğan mərasimdə çıxış edəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər