Ru
23:13 / 24 Fevral 2021

Gecə yollar təmizlənəcək, duz səpiləcək - FOTOLAR

1489
Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışmışlar.

İcra Hakimiyyətindən "BakuPost"a verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər