Ru
17:31 / 18 Fevral 2020

Gədəbəydə körpülərin tikintisinə 2,7 milyon ayrıldı

2072
Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

BakuPost xəbər verir ki, Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər