Ru
10:06 / 29 Yanvar 2020

Gələcək naminə Etibar!

6361
Bir dəfə tərcüməçi Natiq Səfərovla “Araz” çayxanasına getmişdik. Redaksiyamız “Yazıçı” nəşriyyatında yerləşirdi, havalar nə qədər isti olsa da, çayxananın Fontanlar bağına baxan tərəfindəki masada həmişə hava oynardı, kafenin sahibi oranı zəbt etməsə, özümüzü ora verərdik. İsti hava, isti çay – canımızda olan havanı balansa salardı.

Günlərin birində bəxtimiz gətirdi, havalı masada kafenin sahibi deyil, Etibar oturmuşdu. Əlindəki çantanı masanın bir qırağına qoyub təzə aldığı kitabları bir-bir çıxarıb gözdən keçirirdi.

“Rusca nə qədər yeni kitab çıxırsa, bu adamın ondan xəbəri var. “İnostrannaya literatura”nın yeganə abunəçisidir” dedi Natiq Səfərov (söhbət 1996-1997-ci illərdən gedir).

Etibarla yaxın tanışlığım o vaxtdan başladı. O havalı masanın arxasından.

Etibardan “Təzə nə var?” soruşanda yeni çıxan kitablardan, yeni nəşrlərdən danışır. Bir çiynini aşağı dartan kitab dolu çantası gündəlik oxunan kitabxanasıdır.

Bir dəfə metroda onu görəndə soruşun çantanda neçə kitab var, oxuduğun kitabın hansı hissəsində qalmısan, Nobeli kimə verəcəklər, uşağımı hansı məktəbə oxumağa göndərim, Finlandiya təhsil sisteminin unikallığı nəyə bağlıdır və sair, cavabları təhlil edəndə görəcəksiz ki, bu insanın yeri parlamentdir, hamıya düzgün yol göstərə biləcək çıxışlar üçün.

Bir fakt deyim. Heç bir sahədə ekspert rəyinə baxılmır, artıq ədəbi tənqid deyilən bir məfhum ləğv olub. Etibar isə etibarlı bir təhsil eksperti olaraq yoluna davam edir.

Həyatda qazanılan nailiyyətlərin böyük hissəsi təhsillə bağlıdır. “Dünyanı dəyişmək üçün ən güclü silah təhsildir” (Nelson Mandela). Parlamentdə Etibar Əliyev kimi şəxslər olmalıdır ki, təhsilimizin hüquqi tənzimlənməsi məsələsi həllini tapsın.

Martin Lüter Kinq “Mənim bir arzum var!” deməsəydi, yəqin Amerika, eləcə də dünya indiki halında olmazdı.

Yaxud Kennedinin “Soruşma vətən sənin üçün nə edib, soruş sən vətən üçün nə etmisən!”, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikirləri…

Elə fikirlər var ki, onlar bütün dünyanı və eləcə də dünyamızı dəyişib.

Azərbaycan miqyasında Etibar Əliyev dünyamızı zəngin edən insandır. O, kitabla bağlı çox nadir ilham mənbəyimdir.

Hər bir çağırışının, çıxışının sonunda “Təhsilimiz düzəlməlidir” nidası var.

Qoy kitaba dikilən gözlər, təhsilə ümid bəsləyən insanlar səni görsünlər. Səsinə səs versinlər.

Fevralın 9-da parlament seçkisidir. Mən təhsilli və kitablı gələcək naminə 31 saylı Suraxanı ikinci seçki dairəsindən Əliyev Etibar Qasım oğluna səs verirəm!


Şahbaz Xuduoğlu


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər