Ru
12:16 / 29 Noyabr 2019

Gələn ilin dövlət büdcəsi təsdiq olundu

2257
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

BakuPost-un məlumatına görə, 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur.


Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

Plenar iclasda deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib. Plenar iclasda deputatların toxunduqları məsələlər cavablandırılıb.

Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər