Ru
17:10 / 02 Dekabr 2019

Gəlinini öldürən ahıl kişidən XƏBƏR VAR

3716
Goranboyda gəlinini öldürən 76 yaşlı Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost.az-ın məlumatına görə, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

76 yaşlı kənd sakini Qasım İsgəndərov ailə münaqişəsi zəminində 39 yaşlı gəlini Samirə Məmmədovaya 5 bıçaq zərbəsi vurub. Yaralı qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törəndən 76 yaşlı qayınata hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər