Ru
23:19 / 15 Aprel 2021

Bulvarda özünü dənizə atan qız xilas edildi - YENİLƏNİB - VİDEO

6122
Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Bakupost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.


***

Bakı Bulvarında intihar hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, gənc qız Bakı Bulvarında özünü dənizə atıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Onların səyi nəticəsində qız dənizdən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər