Ru
21:14 / 18 Avqust 2019

Gəncədə ağır qəza

2327
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Moskviç" markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobildə xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisəyə səbəb kimi minik avtomobillərindən birinin qırmızı ışıqda yol ayrıcına daxil olması göstərilir. Faktla bağlı Gəncə ŞBPİ-də araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər