Gəncədə güclü yağışın fəsadları: Evləri su basdı - FOTOLAR - VİDEO

Gəncə şəhərində gecə saatlarından yağan yağış fəsadlar törədib.

Bakupost.az xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsi, İlham Hüseynov küçəsində yağan yağış nəticəsində 10-a yaxın evi su basıb.

Qəsəbənin küçələrinə, bir neçə fərdi evin həyətinə yağış suları dolub, fərdi təsərrüfata zərər dəyib.

Sakinlər bildirib ki, hadisə nəticəsində aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür.

Hazırda yağıntılı hava şəraiti davam edir.