Ru
09:37 / 18 Oktyabr 2020

Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda yad edildi

7938
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücum zamanı həlak olanların xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anılıb.

ABŞ-Azərbaycan icmasının üzvləri Vaşinqtondakı səfirliyin binası qarşısına gələrək, mülki insanların qətlindən kədərləndiklərini bildiriblər. Səfirliyin inzibati binasının divarlarına “Gəncə 17.10.2020” sözləri yazılıb. Eyni zamanda səfirliyin hasarına qətliam zamanı öldürülən uşaqların fotoları vurulub. Uşaq oyuncaqları düzülərək onların xatirəsi yad edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər