Ru
15:42 / 13 Noyabr 2019

Gəncədə narkobaron yaxalandı - FOTOLAR

2463
Gəncədə narkobaron saxlanılıb.

Bu barədə BakuPost-a Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.


Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq “Lada Priora” markalı avtomobili ilə birlikdə polis idarəsinə gətilib.

Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman, avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada , ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Şərhlər
  • elimardan

    Görən kimə qulluq göstərir.

  • elimardan

    Bu yazığın harası barona oxşayır?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər