Ru
10:48 / 10 Oktyabr 2019

Gəncədə qadını intihar həddinə çatdıran şəxs MƏHKƏMƏ QARŞISINDA

1794
Gəncədə qadını intihar həddinə çatdırmaqda, hədə-qorxu ilə pul tələb etməkdə, dələduzluqda, quldurluqda təqsirləndirilən Allahverdi Nuriddin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində baş verib. Nigar Əliyeva (şərtidir) intihar edib. Araşdırmalar zamanı məlum olub ki, qadın uzun müddətdir Allahverdi Nuriddin oğlu tərəfindən şantaj edilirmiş.

Hüquq-mühafizə orqanları tərəfində A. Nuriddin oğlu saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq gedişində ona əlavə maddələrdə verilib. A. Nuriddin oğlu Cinayət Məcəlləsinin 125 –ci (özünün öldürmə həddinə çatdırma), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 178.1-ci (dələduzluq) və 181.2.2-ci (quldurluq - təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər