Ru
23:05 / 17 Dekabr 2019

Gəncədəki qəzada ər-arvad xəsarət aldı

1513
Gəncədə yol qəzası baş verib.

BakuPost-un məlumatına görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq çınar ağacına çırpılıb. Qəza zamanı sürücü, 1972-ci il təvəllüdlü Nəbiyev Rövşən Telman oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücünün eplepsiya xəstəsi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər